Logo

Doktorant və dissertantlar üçün yaz sessiyası təşkil olunub

29.04.2025 14:11 115 baxış
IMG

2025-ci ilin birinci yarımilində Azərbaycan Respublikasının Təhsil İnstitutunda təhsil alan doktorant və dissertantlar üçün ixtisas fənlərindən doktorluq imtahanlarının yaz sessiyası təşkil olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, imtahanlar 28 aprel 2025-ci il tarixində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin fəaliyyət planına və Elmi Şuranın müvafiq qərarına uyğun olaraq keçirilib. İmtahanlar Pedaqogikanın əsasları, Təhsilin təşkili və planlaşdırılmasının əsasları fənləri, eləcə də 5804.01 – “Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi” və 5802.01 – “Təhsilin təşkili və planlaşdırılması” ixtisasları üzrə baş tutub.

İmtahan prosesi Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyevin rəhbərlik etdiyi komissiya tərəfindən həyata keçirilib. Nəticələrə əsasən, iştirak edən doktorantlar imtahanları uğurla başa vuraraq məqbul qiymətlər alıblar.

Bu imtahanlar elmi-pedaqoji kadrların keyfiyyətli hazırlanmasına və onların elmi fəaliyyətə yönəldilməsinə mühüm töhfə verir.

Bildirilir ki, doktorluq imtahanları ildə 2 dəfə olmaqla, yaz və payız sessiyalarında keçirilir.

 

 

 


 

Xəbər lenti