Oktyabrın 6-da “Yüksəliş” müsabiqəsinin qaliblərinin iştirakı ilə həyata keçirilən ikinci Tələbə Mentorluq Proqramının yekun tədbiri keçirilib. Tədbirdə müsabiqə qalibləri, İşçi Qrupun üvzvləri, tələbələr iştirak ediblər.
TƏHSİL.BİZ xəbər verir ki, tədbirdə Gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək Tələbə Mentorluq Proqramının gənclərin inkişafında oynadığı rolu yüksək qiymətləndirib, bu təşəbbüsün onların karyera yolunda mühüm dayaq olduğunu vurğulayıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Mentorluq Proqramında iştirak edən tələbələrin fəallığını və əldə olunan real nəticələri xüsusi qeyd edib. O, proqramın həm tələbələr, həm də qaliblər üçün qarşılıqlı öyrənmə və inkişaf imkanı yaratdığını bildirib.
Mentorluq Proqramına 12 universitetdən seçilmiş 80 tələbə cəlb olunub. Onlardan 54 nəfəri proqramı uğurla tamamlayaraq sertifikatla təltif edilib. Təltif edilənlər arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin IV tədris ili tələbəsi, ADPU Yeni Klubun rəhbəri Məleykə İsmayılova da var. M. İsmayılova proqram çərçivəsində III “Yüksəliş” müsabiqəsinin qalibi, əhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirovanın mentorluğu ilə bir çoxu isə təcrübə proqramlarına qoşularaq müxtəlif layihələrdə və mentorluq görüşlərində aktiv iştirak edib.
Qeyd edək ki, proqram çərçivəsində tələbələr “Yüksəliş” müsabiqəsinin 1-ci, 2-ci və 3-cü müsabiqəsinin qaliblərindən olan 28 nəfər mentorun iştirakı ilə tələbələr üçün 20 təlim təşkil olunub, ümumilikdə 396 mentorluq görüşü baş tutub, mentorlar tələbələrə bilik, təcrübə və bacarıqlarını ötürüblər.