Oktyabrın 5-də tələbələr arasında ali riyaziyyata marağı artırmaq məqsədilə yarış keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, “Ali riyaziyyat üzrə yarış – 3” layihəsi “PathtoMath” – Həvəskar Riyaziyyatçılar Klubu və “UFAZ Math Club”ın birgə təşkilatçılığı ilə keçirilib.
Yarış tələbələr arasında ali riyaziyyata marağı artırmaq, onların analitik və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.
3 mərhələdən ibarət olan yarışda ümumilikdə 22 komanda iştirak edib. Hər komandada 3 nəfər olmaqla iştirakçılar ali riyaziyyatın müxtəlif sahələri – analiz, cəbr, ədədlər nəzəriyyəsi, həndəsə və riyazi məntiq üzrə biliklərini sınayıblar.
Nəticələrə əsasən, “Engineers” komandası birinci yerə layiq görülərək “JBL” qulaqlıqla, “Bermuda” komandası ikinci yerin qalibi kimi “powerbank”la, “Void” komandası isə üçüncü yer üzrə termosla mükafatlandırılıb.