Logo

LDU-da “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın növbəti infosessiyası keçirilib

08.10.2025 08:39 39 baxış
IMG

Lənkəran Dövlət Universitetində “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın üçüncü dalğasının məlumat sessiyası (infosessiya) təşkil edilib.

TƏHSİL.BİZ xəbər verir ki, görüş zamanı iştirakçılara proqramın məqsədi, mərhələləri və gənclərə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib. 

Proqramın layihə meneceri İradə Zeynalova bildirilib ki, “Azad Mirzəcanzadə İnkişaf Proqramı” Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin liderlik, innovasiya və layihə idarəçiliyi bacarıqlarını inkişaf etdirməyə yönəlmiş bir təşəbbüsdür. Proqram iştirakçılara öz ideyalarını reallaşdırmaq, sosial və texnoloji layihələr yaratmaq imkanı yaradır.

İnfosessiyada Lənkəran Dövlət Universitetinin tələbələri fəal iştirak edib, diskussiya zamanı maraqlı təkliflər irəli sürüblər. Qeyd edək ki, proqramın ikinci dalğasının qalibləri arasında Lənkəran Dövlət Universitetinin tələbələri Nuray Əliyeva və Ramal Əsgərov da yer alıb.

 

 

 

 


 

Xəbər lenti