Logo

ADPU-nun Quba filialında “CareerLAB” şəbəkəsi çərçivəsində panel müzakirə keçirilib

27.11.2024 10:43 183 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba-Xaçmaz regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə karyerasını pedaqoji sahədə qurmaq istəyən gənclər üçün “Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar” mövzusunda panel müzakirə aparılıb.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

ADPU-nun Quba filialının direktoru fizika elmləri doktoru Yusif Alıyev çıxış edərək qeyd edib ki, “CareerLAB” şəbəkəsi çərçivəsində müzakirə olunan məsələlər tələbələrin gələcək karyera inkişafı üçün olduqca əhəmiyyətlidir.

GİKM-in Quba-Xaçmaz regional nümayəndəliyinin koordinatoru Eyvaz Xeyrullayev bu tipli tədbirlərin gənclərin inkişafına böyük töhfə verəcəyini vurğulayıb.

Panel müzakirə çərçivəsində ADPU-nun Quba filialının təbiət elmləri fakültəsinin dekanı vəzifəsini müvəqqəti icra edən Nübar Bayramova, Quba Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin direktoru Kamran Əliyev, ADA məktəbinin kimya müəllimi, təhsil blogeri Səkinə Həsənova və  filialın Dəqiq və təbiət elmləri kafedrasının informatika müəllimi, təlimçi Nahidə Zulbalayeva  “İnklüziv təhsilin gələcəyi və perspektivləri”, “İdeal müəllim kimdir?”, “Müasir təhsil idarəçiliyi”, “Yenidən başlama bacarığı”, “Effektiv dərs mühitin formalaşdırılması” və “Müasir təhsil metodları” mövzularında fikir mübadiləsi aparıblar.

Görüş zamanı tələbələri maraqlandıran suallar müzakirə edilib.

Xəbər lenti