Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan “Esri ” ilə birgə həyata keçirilən "Tələbələr üçün ArcGIS" proqramı çərçivəsində "Azərkosmos"un (Azercosmos) CİS ekspertləri tərəfindən real iş proseslərinə dair praktiki bacarıqlarla bağlı xüsusi təlimlər sessiyası başa çatıb.
TƏHSİL.BİZ xəbər verir ki, Azərbaycan Texniki Universitetində keçirilən təlimlərdə İqtisad Universiteti (Azərbaycan Dövlət İqtisad Universiteti UNEC), Baki Ali Neft Mektebi (BANM) və Azərbaycan Texniki Universitetinin (AzTU - Azerbaycan Texniki Universiteti) tələbələri iştirak edib. Təlimlərdə tələbələr məkan məlumatları ilə iş, ArcGİS Pro tətbiqindən praktik istifadə və CİS texnologiyalarının tətbiqi ilə bağlı bilik və bacarıqlara yiyələniblər.
Sonda təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim olunub.