Logo

Emin Əmrullayev: Qazaxıstanla təhsil sahəsində oxşar hərəkət modelindən istifadə edəcəyik

04.03.2025 12:40 51 baxış
IMG

"Azərbaycan və Qazaxıstan təhsil sahəsində oxşar hərəkət modelindən istifadə edəcək".

TƏHSİL.BİZ xəbər verir ki, bunu bu gün ADA Universitetində "Qazaxıstan və Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən görüşdə elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, Azərbaycanla Qazaxıstan arasında təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi vacibdir və hər iki ölkə arasında oxşar hərəkət modelinin tətbiqi qərara alınıb.

“Hər iki ölkənin öz milli maraqları mövcuddur və bu maraqlara əsaslanaraq, təhsil sahəsində oxşar hərəkət modelindən istifadə etməyə qərar vermişik”, - deyə o qeyd edib.

Xəbər lenti