Logo

MDU-da "Milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği" mövzusunda elmi konfrans keçirilib

04.03.2025 15:25 39 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) Gənc Alimlər Şurasının təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Elm günü"nə həsr olunmuş "Milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği" mövzusunda elmi konfrans keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbir MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayevin moderatorluğu ilə baş tutub. Konfransın açılışında tədbir iştirakçılarına mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.

Elmi konfransda MDU-nun baş müəllimi, Gənc Alimlər Şurasının sədri Aygün Qədirova "Ulu Öndər Heydər Əliyev - müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir", MDU-nun baş müəllimi, Gənc Alimlər Şurasının üzvü Hüseyn Əsgərov "Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi: tarixi-nəzəri baxış", MDU-nun baş müəllimi, Gənc Alimlər Şurasının üzvü Səadət Ağakişiyeva "Azərbaycan məhbəs ədəbiyyatında suverenlik çağırışları" mövzusunda məruzələr söyləyiblər.

Məruzələrdən sonra mövzu ətrafında geniş müzakirələr aparılıb. Konfrans iştirakçıları Azərbaycanın milli suverenliyinin və hüquqi dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb, müstəqil dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində fikirlərini bölüşüblər.

Xəbər lenti