Logo

UNEC-də IT sahəsində karyera imkanlarına həsr olunan seminar keçirilib

04.03.2025 15:47 40 baxış
IMG

UNEC Karyera Mərkəzi və Rəqəmsal İqtisadiyyat fakültəsinin birgə təşkilatçılığı ilə Holberton School Azərbaycan tərəfindən 210 tələbənin iştirakı ilə IT sahəsində karyera imkanlarına həsr olunmuş seminar keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə tələbələrə IT sahəsində müxtəlif karyera yolları, uğur qazanmaq üçün vacib bacarıqlar, portfolio hazırlanması və iş müsahibəsinə hazırlıq prosesi barədə ətraflı məlumat verilib. Seminar çərçivəsində qlobal təcrübəyə əsaslanan tövsiyələr təqdim olunub, iştirakçılar praktiki məsləhətlər əldə ediblər.

Sonda  ekranda bir dəqiqəlik test sualı nümayiş etdirilib və düzgün cavab verən üç tələbəyə xüsusi hədiyyələr təqdim olunub.

 

 

 

 


 

Xəbər lenti