Azərbaycan İlahiyyat İnstitutunun tələbələri arasında esse müsabiqəsi keçirilir.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tələbələr “Ailə dəyərlərimizə gənclərin baxışı” mövzusunda esselərini aprelin 30-dək [email protected] ünvanına göndərməlidirlər.
Müsabiqəyə təqdim edilən esselər “MS Word” proqramında, “Times New Roman” şrifti ilə 12 ölçüdə tərtib olunmalıdır.
Esseler Azərbaycan dilində yazılmalı və söz sayı 700-1000 aralığında olmalıdır.
Təqdim edilən esselərin seçimi münsiflər heyəti tərəfindən müəyyən olunacaq. İlk 3 (üç) yerin qalibi mükafatlandırılacaq.