Logo

İsmayıl bəy Nakamın həyat və yaradıcılığı haqqında monoqrafiya nəşr olunub

28.04.2025 12:06 40 baxış
IMG

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Şəfiqə Abdullayevanın “İsmayıl bəy Nakam (ərəb ocağı): həyatı, yaradıcılığı, divanları, əsərləri haqqında” monoqrafiyası işıq üzü görüb.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, kitabda yer alan geniş “Ön söz”ün müəllifi, qeyd və göstəricilərin tərtibçisi də Ş.Abdullayevadır. XIX əsrdə şair Nakam “Şəkuyi”, “İsmi bəy Şəkili”, “Fani”, “İsmayıl bəy Şəkili” təxəllüsləri ilə öz dövründə fəaliyyət göstərib. Monoqrafiyada şairin “Niyaznamə” qəsidəsi, divanları, əsərləri, müasirlərinə məktubları, nəzirələri, “Qazixanə dəftəri” (“Notarius dəftəri”), “Ziyayi-Qafqaziyyə” və “Həyat” qəzetindəki çıxışlarından parçalar, publisistik çıxışları, Şəki şairlərindən “Müşairə”, şair Hüzni bəy haqqında məlumatları verilib.

Yeni nəşrin elmi redaktoru dosent Nəsib Göyüşov, redaktoru dosent Zəkiyyə Əbilova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Xatun Cəfərli və böyük elmi işçi Mustafa Əliyevdir.

Xəbər lenti