Logo

Nəsirəddin Tusi haqqında monoqrafiya nəşr edilib

28.04.2025 14:31 49 baxış
IMG

Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Cəbr və riyazi məntiq şöbəsinin müdiri Əli Babayevin “Nəsirəddin Tusi, ensiklopedist alim, görkəmli şəxsiyyət” adlı monoqrafiyası nəşr edilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Kitab Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarının beynəlxalq konfranslardakı çıxışları əsasında hazırlanıb və Tusinin riyaziyyatla yanaşı, məntiq sahəsindəki elmi yeniliklərini əhatə edir.

Əsərin özəlliklərindən biri Tusinin “Əsasül-iqtibas” əsəri və digər məntiqi traktatlarının geniş şərhinə yer verilməsi, həmçinin əlyazmalardan götürülmüş şəkillərlə elmi fikirlərin əsaslandırılmasıdır. Kitabda Tusinin həyatı, Marağa rəsədxanası və tanınmış şagirdləri haqqında yığcam məlumatlarla yanaşı, onun Azərbaycan dilinə çevrilmiş klassik riyazi əsərləri, o cümlədən “Evklidin şərhi” və “Paralel xətlər haqqında traktat” kimi önəmli mənbələrə diqqət yetirilib.

Eyni zamanda, Tusinin məntiqə dair “Təcrid əl-etiqad”, “Əqsamül hikmət” əsərləri və islam filosoflarının əsərlərinə yazdığı şərhlər kitabda təqdim edilir. Bu monoqrafiya Tusi irsinin riyaziyyat və məntiq sahəsindəki yerini ətraflı göstərən elmi mənbədir.

Xəbər lenti