Təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin nəticələri elan olunub.
TƏHSİL.BİZ xəbər verir ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin 29, 30 sentyabr, 1, 2 oktyabr tarixlərində təşkil olunan müsahibə mərhələsinin nəticələri barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.