İsveç Karolinska İnstitutunun Nobel Assambleyasının qərarı ilə 2025-cü il üçün fizika üzrə Nobel Mükafatına Con Klark (Böyük Britaniya), Mişel Devor (Fransa) və Con Martines (ABŞ) "elektrik dövrəsində makroskopik kvant mexaniki tunel və enerji kvantlaşdırma kəşfinə görə" layiq görülüblər.
TƏHSİL.BİZ xəbər verir ki, builki Nobel mükafatı laureatları elektrik dövrəsi ilə təcrübələr aparıblar, burada həm kvant mexaniki tunelləmə, həm də kvant enerji səviyyələrini nümayiş etdiriblər. Fizika üzrə Nobel mükafatı, kvant kriptoqrafiyası, kvant kompüterləri və kvant sensorları da daxil olmaqla yeni nəsil kvant texnologiyalarının inkişafı üçün imkanlar açır.
Con Klark 1942-ci ildə İngiltərənin Kembric şəhərində anadan olub. 1968-ci ildə Kembric Universitetində doktorluq dərəcəsini alıb. ABŞ-ın Berkeley şəhərindəki Kaliforniya Universitetinin professorudur.
Mişel Devor 1953-cü ildə Fransanın Paris şəhərində anadan olub. 1982-ci ildə Fransanın Paris-Cənub Universitetində doktorluq dərəcəsi alıb. Konnektikut ştatının Nyu-Haven şəhərindəki Yale Universitetinin və ABŞ-ın Santa Barbara şəhərindəki Kaliforniya Universitetinin professorudur.
Con Martinis 1958-ci ildə anadan olub. Fəlsəfə doktoru (1987), Kaliforniya Berkli Universitetinin professorudur.
İsveç Kral Elmlər Akademiyası tərəfindən oktyabrın 8-də isə kimya üzrə laureatların, oktyabrın 9-da ədəbiyyat üzrə laureatın adı məlum olacaq.
Norveç Nobel Komitəsi tərəfindən isə oktyabrın 10-də Osloda 2025-ci ilin Sülh mükafatı laureatının adı açıqlanacaq. Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı oktyabrın 13-də elan olunacaq.
Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred Nobelin doğum günündə keçiriləcək.