Logo

ATU magistratura səviyyəsi üzrə ikili diplom müqaviləsi imzalayıb

15.01.2025 10:19 100 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti ilə Macarıstanın Sopron Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb. 

Bu barədə universitetdən TƏHSİL.BİZ -ə məlumat verilib. Bildirilib ki, magistratura səviyyəsində "Ekologiya mühəndisliyi" proqramı üzrə ikili diplom müqaviləsi Azərbaycan Texnologiya Universitetinin rektoru dosent Yaşar Ömərovla Sopron Universitetinin rektoru professor dr. Attila Fabian tərəfindən imzalanıb. 

2025/2026-cı tədris ilindən başlayaraq innovativ proqram magistr tələbələrinə unikal mədəniyyətlərarası və təhsil təcrübəsi təqdim edəcək. İngilis dilində tədris olunacaq proqramın iştirakçıları iki semestr Azərbaycan Texnologiya Universitetində, digər iki semestr isə Sopron Universitetində təhsil alaraq iki müxtəlif akademik mühit təcrübəsi qazanmaq imkanı əldə edəcəklər. Proqram çərçivəsində təhsilini başa vuran məzunlara hər iki ali təhsil müəssisəsinin magistr dərəcələri veriləcək.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/15%20January%202025/7c70be8a-d043-46fd-8f12-b4b4ec470d4b_70461736920182.jpg


 

Xəbər lenti