Logo

Məktəb, valideyn və şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təlim keçirilib

15.01.2025 14:49 54 baxış
IMG

"Məktəbimizin Ailə İcma Birliyi" layihəsi çərçivəsində məktəb, valideyn və şagird üçbucağının möhkəmləndirilməsi istiqamətində təlim keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, təlim "Məktəb, valideyn şagird üçbucağının fəal bacarıqlarla möhkəmləndirilməsi", "Şagirdlərin asudə zamanının səmərəli şəkildə keçirilməsi", "Valideyn-övlad münasibətlərinin qiymətləndirilməsi" mövzuları ətrafında qrup işləri və təqdimatlar formatında keçirilib.  

Xatırladırıq ki, layihə Bakı şəhəri 318 nömrəli tam orta məktəbdə Ülviyyə Rüstəmova tərəfindən icra olunur. Layihənin məqsədi, şagirdlərin təlim-tədris fəaliyyətlərinin təkmilləşdirilməsi və şagirdlərin məktəb və sonrakı həyatlarında uğur əldə etməsini təmin edən bacarıqların qazandırılması ilə bağlı məsuliyyətlərin məktəb, ailə və icma arasında paylaşdırılmasını, məktəb, ailə və icma arasında ünsiyyət, əməkdaşlıq və inteqrasiyanın həyata keçirilməsini təmin etməkdən ibarətdir. 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/15%20January%202025/0eee5413-bfb9-4095-b7ae-93a3b0363806_473615180_1179560094179099_3489841747781156455_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/15%20January%202025/67002a57-d4a1-49db-8bf5-3469ede80f89_473676510_1179559994179109_8707326826343056404_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/15%20January%202025/b3fc00c1-fb96-4081-a494-faeb71c7b04b_473680960_1179559967512445_2983292056952064629_n.jpg
https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/15%20January%202025/66f2ce82-f192-4625-842c-20c073f1c3f6_473367636_1179560107512431_6328655703092296428_n.jpg

 

 

 


 

Xəbər lenti