Logo

AzMİU-da xarici dili tədris edən müəllimlər üçün təlim keçirilib

22.01.2025 17:40 42 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasında xarici dil tədrisi sahəsində təkmilləşmək istəyən müəllimlər üçün “Pre-CELTA” təlimləri təşkil olunub. 

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, təlim kafedranın baş müəllimi “CELTA” və “DELTA” sertifikatlarına sahib Elnurə Rəfiyeva tərəfindən aparılır. Proqramının tərtibatında kafedranın baş müəllimi Fatimə Səmədzadə də iştirak edib.

“Pre-CELTA” təlimi bir ay müddətində nəzəriyyə və demo dərs tapşırıqları ilə zənginləşdirilib. 

Layihə xarici dilin qrammatikası, söz bazası, danışıq və yazı bacarıqları üzərində fokuslanaraq iştirakçılara müasir dil öyrətmə metodlarını mənimsətmək məqsədini daşıyır. Həçinin iştirakçılara dünya miqyasında akkreditə olunmuş kvalifikasiya olan  “CELTA” proqramına hazırlıq, dil öyrətmə metodlarının əsasları və praktik tətbiqləri öyrədilir. İştirakçılar tədris metodları və praktik təcrübələr üzərində işləyərək, öz bilik və bacarıqlarını inkişaf etdirirlər.

Bildirək ki, “Pre-CELTA” təlimi, dil tədrisi sahəsində təkmilləşmək istəyənlər üçün mühüm bir addım hesab olunur. Bu təlim “CELTA” proqramına hazırlıq mərhələsini təşkil edir.

 

 

 

 


 

Xəbər lenti