Logo

Hacıqabul məktəblisi kempo üzrə turnirdə I yeri tutub

26.02.2025 10:03 53 baxış
IMG

Hacıqabul şəhəri Allahverdi Dadaşov adına 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağamməd Ağamətli kempo idman növü üzrə açıq respublika turnirində fərqlənib.

Bu barədə TƏHSİL.BİZ -ə Şirvan-Salyan Regional Təhsil İdarəsindən məlumat verilib.

Ağamməd Ağamətli turnirdə 18 yaşlı idmançılar arasında 75 kq çəki dərəcəsində I yerə layiq görülərək medal və diplomla təltif edilib.


 

Xəbər lenti