Logo

ADPU-da universitetlərarası çempionatın seçim turu baş tutub

03.03.2025 08:31 121 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi və "3 sual" intellektual oyunlar platformasının birgə təşkilatçılığı ilə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə Universitetlərarası Azərbaycan Çempionatının seçim turu uğurla baş tutub.

Bu barədə TƏHSİL.BİZ -ə ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən məlumat verilib.

Bildirilib ki, seçim turunda ADPU-nun müxtəlif fakültələrində təhsil alan tələbələrdən ibarət komandalar biliklərini sınayaraq, çempionatın final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıblar. Gərgin və maraqlı keçən oyunun nəticələrinə görə “Heksagon” komandası birinci, “Bosses” komandası ikinci, “Two W Two” komandası isə üçüncü yerin sahibi olub. Seçim mərhələsini uğurla başa vuran komandalar Azərbaycan Çempionatının final mərhələsində universiteti təmsil etmək hüququ əldə ediblər.

Qeyd edək ki, Pedaqoji Universitetdə tələbələrin dünyagörüşü və intellektual inkişafının təmin edilməsi, sosial aktivliyinin artırılması məqsədilə həftə sonları mütəmadi olaraq bu tip layihə və tədbirlər təşkil edilir.

Xəbər lenti