Logo

Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb

03.03.2025 08:35 98 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində İstanbul Texniki Universitetində Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb.

TƏHSİL.BİZ xəbər verir ki, görüşdə Emin Əmrullayev ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universitetinin və Türkiyə-Azərbaycan Universitetinin yaradılması, xaricdə təhsil proqramının müddətinin 2028-ci ilədək uzadılması və s. barədə məlumat verib.

Nazir bildirib ki, indi xaricdə doktorantura təhsili almaq istəyən gənclərimiz üçün yaxşı fürsətlər yaranıb.

Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorant tələbələrin akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar, eyni zamanda Azərbaycan təhsilinin gələcəyi müzakirə edilib.

Nazir gənclərimizə təhsillərini bitirdikdən sonra ölkəmizin ali təhsil mühitinə töhfə verməyə çağırıb.

 

 

 

 

Xəbər lenti