Logo

ADAU-nun Aqrar Gənclər Təşkilatının 3 illiyi qeyd olunub

03.03.2025 14:55 57 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar Gənclər Təşkilatının (AGT) 3 illik fəaliyyətinin tamam olması münasibətilə Tədris-təcrübə təsərrüfatında tədbir keçirilib.

TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, Biologiya kafedrası ilə birgə təşkil olunan tədbirdə çıxış edən Aqrar Gənclər Təşkilatının sədri Aytən Hüseynova təşkilatın üç illik fəaliyyəti dövründə əldə etdiyi uğurlardan danışaraq, həyata keçirilmiş layihələr və gələcək planlar barədə məlumat verib.

Tədbirdə iştirakçıları təşkilatın fəaliyyətini yüksək qiymətləndirərək gənclərə uğurlar arzulayıblar.

Daha sonra Aqrar Gənclər Təşkilatının təsisçiləri Əli Məmmədov, Cavid Hüseynov və Vüqar Qurbanov təşkilatın yaranma məqsədi və əldə olunan nailiyyətlərindən bəhs ediblər.

Sonda iştirakçılar universitetin təsərrüfat sahələrini ziyarət edərək, təcrübə proqramları, aqrar texnologiyalar və aparılan tədqiqatlarla yerində tanış olublar.

Xəbər lenti