Logo

Agentlik 8 Martla bağlı məktəblərə çağırış etdi

03.03.2025 15:42 63 baxış
IMG

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib. 

Bu barədə TƏHSİL.BİZ -ə agentlikdən məlumat verilib.

Bildirilib ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə valideynlər və şagirdlər tərəfindən müəllimlərə hər hansı formada maddi və qeyri-maddi nemətlərin, qiymətli hədiyyələrin verilməsi, bu məqsədlə pul yığılması və sair halların baş verməsi yolverilməzdir. Məsələyə ciddi nəzarət edilməsi, hər hansı neqativ hallara yol verilməsinin qarşısının dərhal alınması və müvafiq tədbirlərin həyata keçirilməsi təmin ediləcək.


 

Xəbər lenti