Logo

“Cavad Heyət və türk kimliyinin elmi zəfəri” mövzusunda beynəlxalq konfrans keçiriləcək

03.03.2025 16:56 57 baxış
IMG

İyunun 24-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə görkəmli cərrah və türkoloq-alim Cavad Heyətin 100 illik yubileyi çərçivəsində “Cavad Heyət və türk kimliyinin elmi zəfəri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək.

Əlyazmalar İnstitutundan TƏHSİL.BİZ -ə verilən məlumata görə, konfransda “Cavad Heyətin tibb və cərrahlıq sahəsindəki elmi nailiyyətləri”, “Tibb elminin müasir istiqamətləri və innovasiyaları”, “Cavad Heyətin elmi yaradıcılığında yazılı materialların yeri”, “Türkologiyanın aktual problemləri və ədəbi dil məsələləri”, “Türk xalqları tarixi əlyazmalar kontekstində”, “Türk xalqları ədəbiyyatı əlyazmalar kontekstində” və digər bölmələr üzrə məruzələrin dinlənilməsi nəzərdə tutulur.

Xülasə və məruzə mətnlərinin tərtibinə dair tələblərlə institutun saytında tanış olmaq mümkündür.

Xəbər lenti