Logo

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

10.05.2024 16:26 185 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Gülər Qafqazlı Türkiyənin Ankara şəhərində Jandarma və Sahil Təhlükəsizlik Akademiyasının keçirdiyi “1923-cü ildən 2023-cü ilə qədər Türk əsrində təhlükəsizlik perspektivi” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, şərqşünas alim simpoziumda “Azərbaycan və COP 29” mövzusunda məruzə edib. Məruzəçi Azərbaycan Respublikası üçün 2024-cü ilin ən mühüm və vacib hadisəsinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda keçirilməsi olduğunu deyərək, eyni zamanda, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” kimi elan edildiyini diqqətə çatdırıb.

G.Qafqazlı məruzəsində Azərbaycanda yaşıl enerjiyə verilən önəmdən, həmçinin ölkəmizin bərpaolunan enerji mənbələri üzrə yüksək potensialından bəhs edib.

Xəbər lenti