Logo

BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib

28.02.2025 08:27 88 baxış
IMG

Fevralın 27-i 2025-ci il tarixində Bakı Mühəndislik Universiteti (BMU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə BMU-da “Biz qayıdacağıq!” adlı elmi-praktiki konfrans keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, millət vəkili Məlahət İbrahimqızının moderatorluğu ilə keçirilən konfransa ADPU-nun rektoru professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, dövlət və hökumət nümayəndələri, Qərbi Azərbaycan İcmasının rəhbərliyi və üzvləri, millət vəkilləri, tanınmış alimlər, həmçinin BMU rəhbərliyi və professor-müəllim heyəti qatılıblar.

ADPU-nun rektoru professor Cəfər Cəfərov bu gün Qərbi Azərbaycana qayıdış konsepsiyasının dövlətçiliyimizin əsas prioritetləri sırasında dayandığını, eyni zamanda xalqımızın hər bir fərdinin qəlbində tarixi torpaqlarımıza dönəcəyimizə dərin inamın yarandığını bildirib.

 

 


 

 

Xəbər lenti