Logo

Monitorinq və buraxılış imtahanlarının nəticələri müzakirə edilib

28.02.2025 11:10 59 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) IV və VI siniflərində son üç ildə keçirilmiş monitorinqlərin və IX siniflərin ötənilki buraxılış imtahanlarının nəticələrinin təhlilinə həsr olunmuş görüş keçirilib.

İdarədən TƏHSİL.BİZ -ə bildirilib ki, onlayn keçirilən görüşdə BŞTİ-nin əməkdaşları və məktəb direktorları iştirak ediblər.

Görüş zamanı monitorinq və buraxılış imtahanlarının nəticələrinin təhlilinə dair təqdimat nümayiş olunub. Monitorinq və buraxılış imtahanlarında şagirdləri aşağı nəticə göstərən məktəblərin nəticələrinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlərin görüləcəyi söylənilib, təhsilalanların biliyinin düzgün qiymətləndirilməsinin vacibliyindən danışılıb. Nəticələrə uyğun olaraq hər məktəb üçün müəyyənləşdirilən hədəflər məktəb direktorlarının diqqətinə çatdırılıb, hədəfə çatma mexanizmləri müzakirə edilib.

Həmçinin görüşdə BilBacar müsabiqəsi və “Cerebry” rəqəmsal platforması ilə bağlı direktorlara geniş məlumat verilib.

Sonda məktəbdaxili monitorinqlərin vaxtaşırı keçirilməsi və monitorinqlər zamanı nəticələri zəif olan şagirdlərlə qrup şəklində müəllimlər tərəfindən işlərin aparılması, ümumilikdə tədrisin keyfiyyətinin artırılması ilə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti