Logo

VIII-IX sinif şagirdləri üçün ingilis dili olimpiadası keçiriləcək

28.02.2025 11:19 64 baxış
IMG

8-ci və 9-cu sinif şagirdləri üçün ingilis dili olimpiadası keçiriləcək.

TƏHSİL.BİZ  xəbər verir ki, dil bacarıqlarını sınamaq, eləcə də Böyük Britaniyada 2 həftəlik dil kursu, noutbuk və digər hədiyyələr qazanmaq fürsətindən yararlanmaq istəyən şagirdlər bu olimpiadada iştirak edə bilərlər.

Qeydiyyat müddəti 23 fevral - 16 mart tarixlərindədir. Qeydiyyatdan keçmək üçün bu linkə keçid edə bilərsiniz.

Qeyd edək ki, yerlər məhduddur. 

ADA Universiteti, Bakı Təhsil İnformasiya Mərkəzi, “BESTCOMP Group” və “STI Travel” tərəfindən dəstəklənən bu yarış xarici dil biliyinə malik şagirdləri hər kəsə tanıdacaq.


 


 

Xəbər lenti