Logo

BDU tələbələri üçün təlim: “Uğurlu ünsiyyət”

28.02.2025 13:05 53 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru “Uğurlu ünsiyyət” adlı təlim keçirib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, təlim universitet tələbələrinin şəxsi inkişafı və ünsiyyət bacarıqlarını artırmağa yönəlib. Təlimin məqsədi tələbələrin effektiv ünsiyyət qurma bacarıqlarını artırmaq, bədən dilinin və ünsiyyətin insan münasibətlərindəki əhəmiyyətini vurğulamaqdır.

Psixoloji yardım sektorunun psixoloqu Vasif Bəşirov ünsiyyətin insanın sosiallaşmasındakı rolu və funksiyalarından bəhs edib, onun yalnız məlumat mübadiləsi deyil, həm də emosional bağların qurulması, qarşılıqlı anlayışın formalaşması və daha sağlam sosial əlaqələrin yaradılması baxımından önəmli olduğunu vurğulayıb. O, tələbələrə sağlam ünsiyyətin strukturu haqqında məlumat verib, ünsiyyətin müxtəlif mərhələlərində diqqət etməli olduqları məqamları izah edib.

Daha sonra psixoloq ünsiyyət bacarıqlarının əhəmiyyətini və bu bacarıqların gündəlik həyatdakı rolunu şərh edib, o cümlədən ünsiyyətin səmərəliliyini artırmaq üçün aktiv dinləmək, düzgün suallar vermək, empatiya və bədən dili kimi amilləri necə istifadə etmək barədə iştirakçılara təlimatlar verib.

Təlimin sonunda iştirakçılara praktik tapşırıqlar verilib, diskussiya aparılıb.

Xəbər lenti