Logo

ADPU-da “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş elmi seminar keçirilib

28.02.2025 17:15 88 baxış
IMG

Fevralın 28-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi və Fəlsəfə və sosial elmlər kafedralarının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik: tarixi, siyasi və hüquqi aspektdə” adlı elmi seminar keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, seminarı Fəlsəfə və sosial elmlər kafedrasının müdiri professor Rafail Əhmədli giriş sözü ilə açaraq bildirib ki, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında 28 dekabr 2024-cü il tarixində Sərəncam imzalayıb. 

R.Əhmədli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək təşkil olunmuş seminarda konstitusiyamızın və suverenliyimizin tarixi, siyasi və hüquqi aspektlərinin dəyərləndiriləcək.

Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova “Azərbaycan Respublikasının Konstitusiyası tarixi kontekstdə” adlı məruzəsi ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunması ərəfəsində Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdən bəhs edərək Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin azad olunmuş bütün ərazilərimizdə bərqərar olduğunu vurğulayıb.

Fəlsəfə və sosial elmlər kafedrasının baş müəllimi Cəfər Cəfərli “Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hüquq islahatlarının keçirilməsi” adlı məruzəsində konstitusiyaya əsasən keçirilən hüquq və məhkəmə islahatları və onların əhəmiyyətindən danışıb.

Azərbaycan tarixi kafedrasının professoru Xəqani Məmmədov, həmin kafedranın dosenti Zakir Kərimov, Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Paşa Quluzadə Azərbaycanın dövlətçilik tarixindən, Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Mirafərim Seyidov dövlət və hüquq məsələlər haqqında çıxış ediblər.

 

 

 

 


 

Xəbər lenti