Logo

Nazir Emin Əmrullayev Türkiyənin bir neçə ali təhsil müəssisəsində olub

04.03.2025 09:00 36 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər çərçivəsində bu ölkənin bir neçə aparıcı ali təhsil müəssisəsini ziyarət edib.

TƏHSİL.BİZ  xəbər verir ki, nümayəndə heyəti Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal və Koç Universitetinin rektoru Metin Sitti ilə görüşüb. Görüş çərçivəsində tərəflər universitetlərarası əməkdaşlıq perspektivlərini müzakirə edib. Həmçinin sözügedən universitetlərin maddi-texniki bazası və laboratoriyaları ilə tanışlıq olub.

Elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin Gəbzə Texniki Universitetinin rektoru Hacı Ali Mantar və Yıldız Texniki Universitetinin rektoru Eyüp Debik ilə də görüşüb. Tərəflər Türkiyə və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Daha sonra nazir Emin Əmrullayev bu universitetlərin tədris şəraiti, maddi-texniki bazaları və laboratoriyaları ilə yaxından tanış olub.

 

Xəbər lenti