Logo

ADPU-da millət vəkili ilə görüş olub

06.12.2024 14:31 173 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, filologiya üzrə fəlsəfə doktoru Mehriban Vəliyeva ilə görüş və açıq dərs keçirilib.

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, “Müasir təhsil və elmi idarəetmə məsələləri” mövzusunda təşkil edilən görüşdə ADPU-nun Təhsilin təşkili və idarə edilməsi (MBA) və Təhsil üzrə marketinqin təşkili və idarə olunması (MBA) ixtisaslaşması üzrə təhsil alan magistrantları iştirak ediblər.

Görüşü giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov görüşün mahiyyəti və vacibliyi barədə danışıb. A.Zamanov Pedaqoji Universitetdə təhsil alan magistrantların nəzəri biliklərə yiyələnmələri ilə yanaşı, idarəetmə, elm və təhsil sahəsində də geniş təcrübəyə malik şəxslərin praktik təcrübələrindən faydalanmalarının təmin edilməsi üçün mütəmadi olaraq bu cür görüşlərin təşkil edildiyini qeyd edib. Mehriban Vəliyevanın  Azərbaycanın elm və təhsil sahəsində özünəməxsus yeri olduğunu vurğulayan prorektor onun gənclərlə bölüşəcəyi zəngin praktik təcrübələrin magistrantların peşəkar inkişafı üçün çox faydalı olacağını qeyd edib.

Milli Məclisin deputatı Mehriban Vəliyeva müasir təhsilin elmi idarə edilməsi yolları, idarəetmədə tərəflər arasında məsuliyyətin bölüşdürülməsi, zamanın idarə edilməsi, düzgün məqsəd, normativ sənədlər və fəaliyyətin uzlaşdırılması, maddi-texniki bazanın, insan resurslarının və nəticənin idarə edilməsi, monitorinq sisteminin qurulması və idarə edilməsi, risklərin idarə edilməsi və kommunikasiya bacarıqları mövzuları ətrafında fikirlərini bölüşüb, magistrantlarla təhsilin və təhsil müəssisələrinin idarə edilməsi sahəsində vacib olan amillər haqqında müzakirələr aparıb. 

Müzakirələrdə ADPU-nun Təhsil menecmenti kafedrasının əməkdaşları - dos. Cəsarət Valehov və p.ü.f.d Ramiz Əliyev də yaxından iştirak ediblər.

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/6e3e1da4-6349-4e63-ba1a-719cd0cb7415_WH294C_1.JPE

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/ef93a338-41d4-4326-b1b5-fc31c07036db_WH020E_1.JPE

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/a6612c12-4f75-4c99-902e-c9e7e387c073_WH2ECD_1.JPE

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/d813c424-a297-4455-bc50-76507cb5919c_WH77B3_1.JPE

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/4b62b4f7-664b-4771-bb6c-102fa8c952d0_WH18B5_1.JPE

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/c0807df7-541a-4015-b7d0-5e496e1efaf8_WH6699_1.JPE

 

 

https://api.muallim.edu.az/uploads/muallimeduaznews_slider/06%20December%202024/4b6dc23e-d196-44b7-a11d-a01524ea8fe5_WH00E4_1.JPE

 

 

 


 

Xəbər lenti