Logo

Azərbaycanlı tələbənin Moskvada layihəsi təqdim olunub

13.12.2024 10:13 171 baxış
IMG

Azərbaycanlı tələbə Vüsal Məhərrəmov Moskvada Azərbaycanın Baş naziri Əli Əsədovun iştirakı ilə keçirilən MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclası çərçivəsində “Xəzərin Orbiti” layihəsinin təqdimatında iştirak edib.

TƏHSİL.BİZ xəbər verir ki, MDB ölkələrinin tələbə və aspirantlarının “Sərhədsiz universitet: hər kəsin ideyaları – hamı üçün gələcək” strateji sessiyasının 3-cü final mərhələsi çərçivəsində iki beynəlxalq finalçı komanda öz mühəndis layihələrini təqdim edib.

Su hövzəsinin dayazlaşdırılması problemlərinin həlli üçün kosmik monitorinq və transsərhəd sudan rasional istifadəetmə texnologiyası barədə “Xəzərin Orbiti” layihəsini tərtib edənlər arasında G.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin 4-cü kurs tələbəsi olan həmyerlimiz Vüsal Məhərrəmov da var. Azərbaycanın Baş naziri Əli Əsədov ona işinə görə təşəkkür edib, təhsilində uğurlar arzulayıb.

AZƏRTAC-a müsahibəsində gənc tərtibatçı layihə üzərində gördüyü işindən danışıb. “Layihə Xəzəryanı ölkələr, o cümlədən Azərbaycan üçün yüksək dərəcədə aktualdır. Xəzər dənizinin dayazlaşması regionun bütün ölkələri üçün problemdir və bu, MDB ölkələrinin həyata keçirdiyi bir çox layihələri təhlükə altına qoya bilər”, - deyə o bildirib.


 

Xəbər lenti