Logo

MDU-da “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib

13.12.2024 16:44 163 baxış
IMG

Dekabrın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) “Yeni dövrdə təhsil və tədqiqat fəaliyyəti: reallıqlar və çağırışlar” mövzusunda II beynəlxalq elmi konfrans (ISCERA 2024) keçirilib.

Elm və Təhsil Nazirliyi, Mingəçevir Dövlət Universiteti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Qazi Universiteti (Türkiyə), Ankara Hacı Bayram Veli Universiteti (Türkiyə), Düzce Universiteti (Türkiyə), Kayseri Universiteti (Türkiyə), RISEBA Tətbiqi Elmlər Universiteti (Latviya), Mykolas Romeris Universiteti (Litva), Qırğız İqtisad Universiteti (Qırğızıstan), Kiyev Milli Texnologiya və Dizayn Universitetinin (Ukrayna) tərəfdaşlığı ilə keçirilən konfransa 54 yerli ali təhsil və elmi tədqiqat müəssisəsindən, həmçinin 8 xarici ölkənin 26 universitetindən ümumilikdə 500-ə yaxın tezis və məqalə daxil olub.

MDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, konfrans plenar iclas ilə davam edəcək. Plenar iclas zamanı müxtəlif mövzularda 5 məruzə dinlənəcək.

Konfrans işinə 3 bölmə üzrə 11 sektorda davam edib.

Beynəlxalq elmi konfrans işini dekabrın 14-də yekunlaşdıracaq.

Xəbər lenti