Logo

Rektor: İctimai Nəzarət Şurası bizə işimizi effektiv qurmağa kömək edir

24.01.2025 12:37 63 baxış
IMG

Bu gün Bakı Dövlət Universitetində İctimai Nəzarət Şurasının üzvləri ilə növbəti görüşümüz keçirildi. Bugünkü görüşümüzdə təşkilati məsələlər də müzakirə olundu və qərara alındı ki, hər il bir dəfədən az olmayaraq bu cür məsləhət xarakterli görüşlər daimi əsaslarla keçirilsin. Məqsədimiz universitetdə aparılan islahat işlərinə dəstək verilməsi, eləcə də Bakı Dövlət Universitetinin inkişafı ilə bağlı tövsiyələrin və digər rəylərin, təkliflərin öyrənilməsi, onların analiz edilməsi və bilavasitə tətbiqi ilə bağlı məsələlərin birlikdə müzakirə edilməsidir.

TƏHSİL.BİZ xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev jurnalistlərə müsahibəsində söyləyib.

Rektor bildirib ki, İctimai Nəzarət Şurasının tərkibində ən müxtəlif ixtisas sahibləri var. Onların arasında hüquqşünaslar, təhsil mütəxəssisləri, çox böyük təcrübəyə malik mətbuat işçiləri var və onlar bizə işimizi effektiv qurmağa kömək edir.

“Biz qərara almışıq ki, həm təhsilalanların, həm də təhsilverənlərin ictimai rəyinin öyrənilməsi işini daha yeni, effektiv səviyyədə quraq. Eyni zamanda, müxtəlif tədbirlərin keçirilməsi, o cümlədən yay məktəblərinin keçirilməsi, görüşlərin başqa bir formatda təşkil olunması, imtahanların gedişinin izlənilməsi, valideynlərin fikirlərinin öyrənilməsi və digər bu kimi vacib məsələlərdə öz fəaliyyətimizi nəzərə alaq.

Mən düşünürəm ki, bu proseslərdə media vasitələrinin iştirakının da xüsusi bir əhəmiyyəti var. Bu, şəffaflığın və açıq fəaliyyət prinsipinin əsasını təşkil edən məsələlərdəndir”, - deyə o əlavə edib.

Xəbər lenti