Logo

AzTU-da “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirilib

06.03.2025 10:30 55 baxış
IMG

Martın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) “TələbəPlus” kartı ilə bağlı infosessiya keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, infosessiyanın keçirilməsində əsas məqsəd tələbələri “TələbəPlus” kartı və onun təqdim etdiyi imkanlar barədə daha ətraflı məlumatlandırmaq, onların suallarını cavablandırmaq olub. Tədbir zamanı tələbələrə kartın qazandırdığı üstünlüklər, əməkdaşlıq edilən şirkətlərdə mövcud endirimlər barəsində məlumat verilib.

Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin baş mütəxəssisi Aysel Məhərrəmova təqdimatla çıxış edərək “TələbəPlus” layihəsinin məqsədləri, tələbələr üçün yaradılan imkanlar barəsində məlumat verib. Layihənin gələcək perspektivlərinə də toxunan Aysel Məhərrəmova, yaxın gələcəkdə yeni tərəfdaşlarla əməkdaşlıqların qurulacağı və endirim şəbəkəsinin daha da genişlənəcəyini bildirib. Aysel Məhərrəmova çıxışının sonunda “TələbəPlus” kartının tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcəyini, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradılacağını diqqətə çatdırıb.

Çıxış edən “Family School” tədris mərkəzinin direktoru Aydan İbadzadə, tələbələrə mərkəzin fəaliyyəti haqqında məlumat verib. O, “Family School” tədris mərkəzinin tələbələrə ingilis dili təhsili, xaricdə təhsil imkanları, mütəxəssis hazırlığı və beynəlxalq sertifikatlaşdırma üzrə müxtəlif proqramlar təklif etdiyini qeyd edib. Aydan İbadzadə “Family School” tədris mərkəzinin “TələbəPlus” təşəbbüsünün tərəfdaşı olaraq, tələbələrə bu sahələrdə 10% endirim təklif etdiyini vurğulayıb.

Çıxışların sonunda sual-cavab sessiyası təşlkil olunub. TİF-in nümayəndələri Aysel Məhərrəmova və Vəli Babayev tələbələrin suallarını ətraflı cavablandırıblar. Sual-cavab sessiyası zamanı tələbələr “TələbəPlus” kartının hansı yeni tərəfdaşlarla əməkdaşlığa başladığını və gələcəkdə hansı yeniliklərin gözlənildiyini öyrəniblər. Məlumat verilib ki, bu yaxınlarda kartın təqdim etdiyi endirim şəbəkəsinə daha bir neçə yeni partnyor şirkət qoşulub, bu da tələbələr üçün əlavə üstünlüklər yaradacaq.

Qeyd edək ki, “TələbəPlus” layihəsi Təhsilin İnkişafı Fondu, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin birgə təşəbbüsü ilə həyata keçirilir. Layihənin məqsədi tələbələrə eyni güzəşt və endirimlər təqdim etməklə yanaşı, onların tələbəlik dövründən maliyyə əlçatanlığını təmin etmək, gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti, həmçinin onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır.

 

 

 

 


 

Xəbər lenti