Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq İncəsənət Festivalı – 2025 keçirilir.
TƏHSİL.BİZ xəbər verir ki, festival yeni istedadların üzə çıxarılması, uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsi, bədii-estetik zövqünün tərbiyə edilməsi, regionlarda incəsənət sahəsində çalışan işçilərin fəallığının təmin edilməsi, xüsusi bacarığa malik olan uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə təşkil olunur.
Festivalda iştirak 2 formada həyata keçirilir: fərdi və kollektiv.
19 fərdi, 5 kollektiv nominasiya olmaqla, üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) ümumilikdə 24 nominasiya üzrə keçirilən bu festivalda hər iştirak formasına uyğun aşağıda qeyd olunan nominasiyalar mövcuddur:
Festivalda necə iştirak etmək olar?
Festivalda iştirak üçün qeydiyyat www.uif.az internet portalı vasitəsilə aparılır. Fərdi iştirakçılar üçün qeydiyyat iştirakçının valideyni və ya qanuni nümayəndəsi tərəfindən, kollektiv iştirakçılar üçün isə kollektivin 18 yaşa çatmış rəhbəri tərəfindən həyata keçirilir.
Festival üç mərhələdən ibarətdir:
Final mərhələsinin keçirilmə yeri, tarixi və vaxtı barədə məlumatlar festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunur.
Festivalda iştirak etmək istəyən xarici vətəndaşlar [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər. Müraciətin mövzu hissəsində "Xarici vətəndaş" sözü qeyd olunmalıdır.
Qeyd edək ki, festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.
Əlavə məlumat üçün Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyinin (https://edu.gov.az) rəsmi internet səhifələrinə, 0502880147 mobil, 147 qısa nömrələrinə və ya sosial media hesablarına müraciət edə bilərsiniz.