Logo

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına başlanılıb

06.03.2025 12:00 65 baxış
IMG

Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mentorların təqdim etdiyi birillik fərdi inkişaf planını həyata keçirməyə başlayıblar. Bununla bağlı müsabiqənin işçi qrupu mentorlar və qaliblər arasında bölgünü müəyyən edib. Müsabiqənin qaydalarına uyğun olaraq 25 qalib 1 il ərzində mentorluq proqramında iştirak edəcək və müvafiq idarəçi rəhbərlərin təcrübəsindən faydalanacaq.

Bu barədə TƏHSİL.BİZ -ə müsabiqənin işçi qrupundan məlumat verilib. Hər bir qalib iki müxtəlif idarəçi rəhbərin mentorluğu ilə bilik və bacarıqlarını inkişaf etdirmək imkanı qazanacaq. Mentorluq proqramının bölgüsü isə aşağıdakı kimi həyata keçirilib:

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Qaliblər: Təbriz Əmmayev, Toğrul Yaqublu

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev

Qaliblər: Elnur Abdullazadə, Salman Babazadə

Ədliyyə naziri Fərid Əhmədov

Qaliblər: Rüfət Məmmədxanlı, Eyyub Fətəliyev

Energetika naziri Pərviz Şahbazov

Qalib: Teymur Rəhimov

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev

Qaliblər: Nicat Qocayev, Eyyub Fətəliyev

Elm və təhsil naziri Emin Əmrullayev

Qaliblər: Orxan İsgəndərov, İnsafəli Səmədov

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov

Qaliblər: Aslan Həsənli, Nicat Qocayev

Səhiyyə naziri Teymur Musayev

Qalib: Ayaz Məmmədov

Gənclər və idman naziri Fərid Qayıbov

Qalib: İnsafəli Səmədov

Mədəniyyət naziri Adil Kərimli

Qalib: Səbuhi Göyüşov

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

Qaliblər: Orxan Şamilzadə, Günel Musayeva

Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev

Qalib: Cəfər Nəcəfli

Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımov

Qaliblər: Sənan Mustafayev, İsmayıl Hüseynov

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov

Qaliblər: Kamal Hüseynli, Şəfəq Həsənəlizadə

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov

Qaliblər: Cəfər Nəcəfli, Əkbər Əsgərov

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov

Qalib: Şahlar Məmmədov

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev

Qalib: Ayaz Məmmədov

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə

Qalib: Seymur Hüseynov

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov

Qaliblər: Seymur Hüseynov, Anar Qasımov

Milli Məclisin deputatı Şahin Seyidzadə

Qaliblər: İnsafəli Səmədov, Cəfər Nəcəfli

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Rövşən Məmmədov

Qalib: Orxan İsgəndərov

SOCAR-ın prezidenti Rövşən Nəcəf

Qaliblər: Təbriz Əmmayev, Qaraxan Şirinli

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev

Qalib: Şahlar Məmmədov

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov

Qalib: Qaraxan Şirinli

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov

Qaliblər: Rüfət Məmmədxanlı, Aslan Həsənli

“Pasha Holding”in Baş icraçı direktoru Cəlal Qasımov

Qaliblər: Günel Musayeva, Kamal Hüseynli

Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov

Qalib: Əkbər Əsgərov

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli

Qaliblər: Teymur Rəhimov, Orxan Şamilzadə

“Azərbaycan Beynəlxalq Bankı”nın İdarə Heyətinin sədri Abbas İbrahimov

Qaliblər: Anar Qasımov, İsmayıl Hüseynov

“Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov

Qalib: Elnur Abdullazadə

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırov

Qalib: Səbuhi Göyüşov

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev

Qaliblər: Şəfəq Həsənəlizadə, Əkbər Əsgərov

Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov

Qaliblər: Toğrul Yaqublu, Sənan Mustafayev

“PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov

Qalib: Salman Babazadə

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2024-cü il dekabrın 18-də müvafiq Sərəncam imzalanıb.

Xəbər lenti