Logo

BDU-nun Psixoloji yardım sektoru “Özümüz kimi olmağa mane olan 5 travma” adlı təlim keçib

06.03.2025 12:02 55 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələrə “Özümüz kimi olmağa mane olan 5 travma” adlı təlim keçib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan məlumat verilib.

Mərkəzin psixoloqu Natəvan Həsənzadə qeyd edib ki, travma insanın fiziki və ya psixoloji sağlamlığına ciddi təsir edən, təhlükə, qorxu, dəhşət və ya güclü narahatlıq hissləri ilə müşayiət olunan bir hadisəyə və ya təcrübəyə verilən reaksiyadır. Travmalar tək bir hadisədən deyil, təkrarlanan təcrübə və ya uzunmüddətli stresdən qaynaqlana bilər. İnsanın şəxsiyyət kimi formalaşmasına və davranışına təsir edən travmalar adətən uşaqlıqda və ya erkən yaşlarda yaşanan mənfi təcrübələr nəticəsində yaranır və yetkinlik zamanı onun sağlamlığına, münasibətlərinə, özünəinamına təsir edir.

Psixoloq daha sonra travmaların növləri, qarşısının alınması yolları barədə məlumat verib.

Təlim zamanı tələbələr travmaların davranış, münasibətlər və sağlamlıq üzərindəki təsirini araşdırıb, psixoloji testlər ediblər.

Xəbər lenti