Logo

Tələbələrin Fizika İnstitutuna infoturu təşkil olunub

06.03.2025 15:16 62 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin təşəbbüsü ilə Elm və Təhsil Nazirliyinin Fizika İnstitutuna infotur təşkil olunub.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, infoturda Fizika fakültəsinin 23 tələbəsi iştirak edib.

İnfoturun əsas məqsədi tələbələri institutun elmi-tədqiqat laboratoriyaları ilə yaxından tanış etmək, onların elmi mühit haqqında daha ətraflı məlumat əldə etməsinə şərait yaratmaq və gələcək tədqiqat fəaliyyətlərində faydalı ola biləcək praktik tövsiyələr verməkdir.

Qeyri-kristallik yarımkeçiricilərin fizikası və elektronikası laboratoriyasının rəhbəri Rəhim Ələkbərov, Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının əməkdaşı Firuzə Cəfərova tələbələri aparılan elmi araşdırmalar, istifadə edilən müasir texnologiyalar və innovativ yanaşmalarla tanış ediblər. Tələbələrə laboratoriyalardakı təhlükəsizlik qaydaları barədə də məlumat verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.

Xəbər lenti