Logo

BDU ilə Özbəkistanın Fərqanə Dövlət Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

06.03.2025 16:55 61 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Özbəkistanın Fərqanə Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, qonaqlara universitetin tarixi, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, BDU Özbəkistanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlığa malikdir.

Qonaqlar təmsil etdikləri universitetin əsas fəaliyyət istiqamətləri barədə danışıblar.

Görüşdə elmi-pedaqoji əlaqələrin qurulması, ikili diplom proqramlarının tətbiqi, birgə doktorant hazırlığı, elmi konfransların təşkili məsələləri müzakirə olunub.

 

Xəbər lenti