Logo

Sadə tərkibli sürtkü kompozisiyalarının hazırlanmasına dair tədqiqat aparılıb

01.04.2025 16:16 103 baxış
IMG

Elm və Təhsil Nazirliyi Aşqarlar Kimyası İnstitutunun bir qrup aparıcı aliminin tədqiqatlarının nəticələri “Web of Science” bazasında indekslənən xarici jurnalda nəşr olunub.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, məqalədə polimer tipli yeni suksinimid aşqarlarının AKI-634, AKI-635, AKI-636 və AKI-637 sintezi üzrə tədqiqatların nəticələri təqdim olunub.

Tədqiqatlar göstərib ki, bu aşqarlar yüksək antikorroziya, yuyucu və özlülük-temperatur xassələrinə malik olub, S-5A və IKhP-476 analoqlarından üstündürlər. Sintez edilmiş suksinimidlər termal analiz metodları əsasında tədqiq edilərək müəyyən olunub ki, onlar temperatur təsirlərinə qarşı yüksək dərəcədə davamlıdırlar. Nəticə olaraq göstərilir ki, sintez edilən polimer tipli çoxfunksiyalı suksinimid aşqarlarından istifadə etməklə daha sadə tərkibli sürtkü kompozisiyaları hazırlamaq mümkündür.

Xəbər lenti