Bu gün Azərbaycanda Elm Günüdür. Bu tarix müasir Azərbaycan elminin inkişafına öz töhfələrini verən, elmi-pedaqoji fəaliyyəti ilə ictimaiyyət arasında böyük nüfuz sahibi olan alimlərimizin əməyini vurğulamaq, onların elmi irsinin tanıdılması, təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir. Elm günündə oxucularımıza, elmə, biliklərə maraq göstərən gənclərə Azərbaycanın nüfuzlu, tanınmış iqtisadçı professoru, təhsil və elm sahəsində böyük töhfələr vermiş Azərbaycan Respublikasının Əməkdar müəllimi, bu yaxınlarda 60 illik yubileyinə hazırlaşan professor Zahid Fərrux oğlu Məmmədov barədə danışmaq istəyirik.
Professor Zahid Məmmədov Azərbaycan iqtisadiyyatının inkişafına, maliyyə və bankçılıq sahəsində elmi-tədqiqatlara mühüm töhfələr vermiş tanınmış alimdir. O, elmi-tədqiqatları ilə yanaşı, pedaqoji və ictimai fəaliyyəti ilə də tanınır. Onun elmi fəaliyyətində analitik yanaşma, dərin iqtisadi biliklər və geniş beynəlxalq təcrübə ilə üzvi bağlılıq təşkil edir. Alim öz tədqiqatlarında iqtisadiyyat, əsasən bankçılıq, maliyyə bazarları və universitetlərin elmi fəaliyyətinin idarə olunması mövzularına diqqət yetirir.
Elm yolunda
Z.Məmmədovun ictimai fəaliyyəti onun iqtisadi elmin cəmiyyətə inteqrasiyasını təşviq etməsi, elmi bilikləri geniş auditoriyaya çatdırması və Azərbaycan iqtisadi siyasətinin inkişafına töhfə verməsi ilə seçilir. Alimin bankçılıq və maliyyə sahəsindəki araşdırmaları ölkənin iqtisadi inkişafına nəzəri və praktik töhfə verməklə yanaşı, gələcək tədqiqatçılar üçün də dəyərli mənbə hesab olunur.
Professor Zahid Məmmədov 1988-ci ildə Leninqrad Maliyyə İqtisad İnsitutunun Bakı filialını (Sankt- Peterburq Dövlət İqtisad Universiteti) "Maliyyə–kredit" ixtisasını fərqlənmə diplomu ilə bitirib. 1985–1987-ci illərdə D. Bünyatzadə adına Xalq Təsərrüfatı İnstitutunun ictimai peşə fakültəsinin hüquqşünas şöbəsini bitirib və ona hüquqşünas diplomu verilib.
1990-1993-cü illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin (Sankt- Peterburq Dövlət İqtisad Universiteti) "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli aspirant (doktorant) kimi təhsil alıb. 1994–1998-ci illərdə Türkiyə Cümhuriyyəti Mərmərə Universitetində “Finans və bankçılıq” ixtisası üzrə dövlət təyinatlı-məqsədli doktorantura proqramı üzrə təhsil alıb. 2003–2005-cı illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinin "Pul tədavülü və bank işi" kafedrasında dövlət təyinatlı-məqsədli iqtisad elmləri doktoru proqramı üzrə təhsil alıb.
Əmək fəaliyyəti
Z.Məmmədov Rusiya Federasiyası Təhsil Nazirliyinin 585 saylı göndərişinə əsasən Leninqrad Maliyyə İqtisad İnstitutunda gənc mütəxəssis kimi işə qəbul edilib. 1993–1994-cü illərdə Sankt-Peterburq Dövlət Maliyyə İqtisad Universitetinə müəllim və Sankt-Peterburq Fond birjası Depozitar Klirinq Trast Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunub. 1994–2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasında baş müəllim, dosent vəzifəsində çalışıb. 2004–2006-cı illərdə "Barmek" şirkətlər qrupunda müşavir olub. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun elmi işlər müşaviri, 2011–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının professoru, 2011–2012-ci illərdə RF Forex Club şirkətində makroiqtisadi tədqiqatlar mərkəzinin direktoru vəzifələrində çalışıb.
2013–2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Bank işi" kafedrasının, 2016–2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Elm" şöbəsinin müdiri vəzifəsinə təyin olundu. 2018-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Elmi fəaliyyətin təşkili və idarə edilməsi" departamentinin direktoru vəzifəsindədir. 2019-cu ildə Azərbaycan Televiziyasında (AzTV) hər şənbə efirə çıxan "Bizness klass" verilişinin ideya müəllifi və aparıcısı olub. Türkiyənin İşıq, Sakarya universitetlərində, eləcə də Belarus Dövlət İqtisad Universitetində qonaq professor statusunda fəaliyyət göstərib.
Türkiyə və Rusiyanın elmlər doktoru
Çoxşaxəli elmi fəaliyyət göstərən Z.Məmmədov 1993-cü ildə keçmiş SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri namizədi, 1998-ci ildə isə Türkiyə Cümhuriyyətinin Mərmərə Universitetinin Bankçılıq və Sığortaçılıq İnstitutunun qərarı ilə bankçılıq elmləri doktoru dərəcəsinə layiq görülüb. 2007-ci ildə Rusiya Federasiyası Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Z.Məmmədova iqtisad elmləri doktoru elmi dərəcəsi diplomu verilib. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dosent, 2012-ci ildə isə professor elmi adlarını alıb.
Məhsuldar elmi və pedaqoji fəaliyyət
Professor Zahid Məmmədovun elmi fəaliyyəti geniş və çoxşaxəlidir. O, xüsusilə bankçılıq, monetar siyasət, dijital bankçılıq, fiksal siyasət və dövlət maliyyəsi, səhiyyə iqtisadiyyatı, Avrasiya iqtisadiyyatı, yaşıl iqtisadiyyat, maliyyə böhranı, maliyyə riski idarəetməsi, İqtisadiyyatın rəqəmsallaşması, monetar siyasət, iqtisadi və maliyyə təhlükəsizlik kimi mövzularında ixtisaslaşıb.
Professor Zahid Məmmədovun elmi yaradıcılığı zəngin olub, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yayımlanıb. Alimin 12 dərslik, 25 monoqrafiya, 2 bədii-publisistik kitab, 5 metodik vəsait, 15 tədris proqramı, 100-dən çox elmi məqaləsi beynəlxalq elmmetrik bazalarda indeksləşdirilib.
Zahid Məmmədov 100-dən yuxarı tədris vəsaiti və elm nəşrlərin, o cümlədən dərsliklərin - "Bank fəaliyyətinin əsasları" (2013); "Beynəlxalq valyuta-kredit münasibətləri və xarici ölkələrin pul-kredit sistemi" (2012); "Pul, kredit, banklar" (2010); "Pul, kredit və banklar: Suallara cavab"; "Деньги, кредит, банки" (2008); "Bank işi" (2 cildlik); "Dünya maliyyə, valyuta-kredit siyasətinin müasir arxitekturası"(2012); "Maliyyə bazarları" (2021); "Maliyyə iqtisadiyyatı: bankçılıq, sığorta, kapital bazarı və birja" (2022); 25 monoqrafiyanın - Turk Cumhiriyyetlerinde bankacilik sistemi ve Turkiye iliskilerin gelistirilmesinde bankaciligin onemi (1998); Finans iqtisadiyyatı (2003); Роль электронных финансовых услуг в развитии новой экономики (2004); Цифровизация финансов (2003); Анатомия финансового кризиса (СПб: Изд-во СПбГУ, 2005); Влияние кризиса на логику реформирования банковской системы (СПб: Изд-во СПбГУ, 2005); Современные позиции и роль иностранного капитала в банковском секторе развивающихся стран (2007); Xalq kapitalizmin formalasmasi və inkisafinda qiymetli kagizlar bazarinin rolu (2006); Электронизация финансовой индустрии в условиях сетевой экономики (2007); Банковский кризис и реформирование банковского сектора в контексте глобализации (2007); Банковский кризис как ускоритель процесса передачи государственных кредитных учреждений в частные институты (2007); Основные направления формирования устойчивого национального рынка ипотечного жилищного кредитования в АР (2008); Эффективность финансовой стратегии правительства Азербайджана в условиях мирового кризиса ( 2007); Основные тенденции развития денежно – кредитной системы Азербайджана ( 2008); Денежно- банковская Денежно- банковская система стран СНГ и Балтии: тенденции и перспективы( 2008); Эффективность финансовой стратегии правительства Азербайджана в условиях мирового кризиса (2011); Деятельность финансовых институтов развития в инновационной экономике: мировой и российская реалии (2011); Финансовый кризис и антикризисная политика (2013); Bank sektorunda böhran, pul siyasəti və maliyyə bazarlarına nəzarət modeli: aktual meyyllər və dünya təcrübəsi. (2016); Алгоритм перехода к сильной экономике: мировой опыт и азербайджанская практика (2016); Банковский сектор Азербайджана: Новые вызовы и возможности” (2021); Зеленая экономика: наука, образование и инновации (СПб.: Изд-во СПбГЭУ, 2024) “Yaşıl iqtisadiyyat: Ekoloji və iqtisadi krizlərə qarşı antiböhran idarəetmə modeli” (2024) bir neçə bədii-publisistik kitabın, 10 metodik vəsaitin, 20 tədris proqramının və 300-dən yuxarı elmi məqalənin müəllifidir.
Bu tədris vəsaitləri və elmi nəşrlər bankçılıq, maliyyə və iqtisadiyyat sahələrində təhsil alan təhsilalanlar və mütəxəssislər üçün dəyərli mənbələrdir.
Professor Zahid Məmmədovun elmi yaradıcılığı bir neçə mühüm cəhətlə xarakterizə edilə bilər:
1. İqtisadi tədqiqatlara sistemli yanaşma.
Z.Məmmədov elmi fəaliyyətində iqtisadi modellərin təhlili, bank sektoru və maliyyə sistemlərinin idarə olunması kimi mövzulara geniş yer ayırır.
2. Beynəlxalq elmi əməkdaşlıq.
O, müxtəlif beynəlxalq konfranslarda məruzəçi kimi çıxış edir, dünya iqtisadiyyatına dair aktual problemləri müzakirəyə çıxarır və xarici alimlərlə əməkdaşlıq edir.
3. Elmi idarəetmə və universitet tədqiqatları.
O, müasir universitetlərin elmi fəaliyyətinin effektivliyini araşdıraraq, ali təhsil müəssisələrinin elmi idarəetmə modellərini təhlil edir və bu sahədə innovativ yanaşmaları təklif edir.
4. Nəşr fəaliyyəti və akademik nüfuz.
Professor Z.Məmmədov beynəlxalq və yerli elmi jurnallarda məqalələr nəşr etdirir, iqtisadiyyat və maliyyə sahəsində nüfuzlu tədqiqatlara imza atır.
Ümumiyyətlə, Zahid Məmmədov alim kimi dərin elmi araşdırmalar aparan, iqtisadiyyat sahəsində nəzəri və praktiki bilikləri birləşdirən, elmi ictimaiyyətə əhəmiyyətli töhfələr verən tədqiqatçıdır.
Respublika və beynəlxalq elmi-ictimai fəaliyyəti
Z.Məmmədov 2000-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri doktoru elmi dərəcəsi almaq üçün yaradılmış dissertasiya şurasının üzvüdür. 2006-cıil dekabrın 12-də Rusiya Federasiyası Mərkəzi Bankı Sankt-Peterburq Baş idarəsi və Rusiya Banklar Birliyinin birgə keçirdiyi konfransda “Bank böhranının infeksion xarakteri" mövzusunda orijinal çıxışına görə diplomla təltif olunub. 4–6 aprel 2007-ci ildə Rusiya Banklar Birliyinin XVIII qurultayının iştirakçısı olub və Rusiya Banklar Birliyinin rəsmi orqani "Milli Bank Jurnalı" jurnalında Azərbaycanın bank sistemi haqqında müsahibəsi dərc edilib. 29 yanvar 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sərəncamı iqtisadçı alimlərdən ibarət "İşçi qrupu"nun koordinatoru, Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının 22 dekabr 2009-cu il tarixli 6/4 nömrəli qərarı ilə iqtisadiyyat üzrə problem şurasının üzvü təyin edilib.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 30 may 2008-ci il və 6 fevral 2009-cu il tarixli tarixli qərarları ilə "Maliyyə, pul tədavülü, kredit" ixtisas şifri üzrə ilə iqtisadiyyat elmləri üzrə ekspert şurasının üzvü, 19 fevral 2010-cu il tarixli qərarı ilə isə ekspert şurasının sədr müavini təyin edilib.
Professor Zahid Məmmədov nüfüzlü elmi nəşrlərin, o cümlədən «Green Economics», «Белорусский экономический журнал», Диалог:политика, право, экономика, «Проблемы современной экономики»”, «Экономика и управление: проблемы, решения», «Научный результат. Экономические исследования» kimi jurnalların redaksiya heyətinin üzvüdür.
O, müxtəlif ölkələrin ali təhsil müəssisələrində təşkil olunan beynəlxalq elmi tədbirlərdə moderator, baş məruzəçi statusunda iştirak edib. 2016-cı ildə Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində keçirilən "İtirilən artımın axtarışında" adlı II Beynəlxalq Forumda, Sankt-Peterburq Dövlət Universitetində keçirilən VII Beynəlxalq elmi-praktiki konfransda və Rusiya Dövlət Humanitar Universitetində keçirilən XI Beynəlxalq elmi konfransda baş məruzəçi kimi iştirak etmişdir.
Professor Zahid Məmmədov 2016-cı ilin sentyabr ayında Polşanın Krınitsa-Zdruy şəhərində keçirilən XXVI İqtisadi Forumda "Azərbaycanın Avropa institutları ilə əməkdaşlıq: müasir vəziyyət, problemlər və perspektivlər" mövzusunda məruzə ilə çıxış edib. Həmçinin, Polşa-Azərbaycan Biznes Şurasının açılış mərasimində UNEC haqqında təqdimat edib. Forum çərçivəsində, dövlət idarəetmə sistemi, iqtisadi inteqrasiya və azad iqtisadi zona, enerji təhlükəsizliyi və insanlar arasındakı münasibətlər kimi mövzular müzakirə edilib. Z.Məmmədov bu mövzularda Azərbaycanın mövqeyini və təcrübəsini iştirakçılarla bölüşüb, Azərbaycanın iqtisadi inkişafını və Avropa institutları ilə əməkdaşlığını beynəlxalq ictimaiyyətə təqdim edib. O, həmçinin Azərbaycanda keçirilən elmi tədbirlərdə də fəal iştirak edib. 2017-ci ildə Azərbaycan Universitetində "Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması: innovativ inkişaf modelinə keçid" mövzusunda mühazirə oxuyub.
Zahid Məmmədov "yaşıl iqtisadiyyat" mövzusunda bir sıra beynəlxalq elmi tədbirlərin təşkilində və keçirilməsində mühüm rol oynayıb. O, UNEC-in Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin direktoru və UNEC Avrasiya Beynəlxalq Tədqiqat Mərkəzinin rəhbəri kimi, bu sahədə müxtəlif tədbirlərin təşkilinə rəhbərlik edib. Bundan əlavə, 2022-ci ilin oktyabr ayında UNEC-də "Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər" mövzusunda təşkil olunan beynəlxalq elmi-praktik konfrans çərçivəsində professor Zahid Məmmədovun moderatorluğu keçirilən plenar iclasda müxtəlif mövzular müzakirə edilib və problemlərin həlli yolları barədə təkliflər səsləndirilib.
Z.Məmmədov 2023-cü ildə Sankt-Peterburq Dövlət İqtisad Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sankt-Peterburq şəhərində “Azərbaycan və Rusiya arasında əməkdaşlığın inkişafında Heydər Əliyevin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfransda baş məruzəçi kimi iştirak edib.
2024-cü ilin aprelində Sankt-Peterburqda keçirilən "Universitet təhsilinin memarlığı: strateji təşəbbüslər və effektiv həllər" mövzusundakı beynəlxalq konfransda "Müasir universitetlərdə elmi fəaliyyətin təhlili: ümumi problemlər və fərqli yanaşmalar" mövzusunda məruzə ilə çıxış edən Z.Məmmədov universitetlərin elmi tədqiqatlarının iqtisadi çağırışlara cavab verməsi, tədqiqat və tədris arasında tarazlığın qurulması, elmi nəşrlərin qiymətləndirilməsi və tədqiqat nəticələrinin tədris prosesinə inteqrasiyası kimi mövzulara toxunub.
2024-cü ilin oktyabr ayında UNEC və Rusiyanın Sankt-Peterburq Dövlət İqtisad Universiteti ilə birgə "Yaşıl iqtisadiyyat: elm, təhsil, texnologiya və innovasiya" mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib. Konfransda Azərbaycan, Türkiyə, Rusiya və Almaniyadan olan ekspertlərin iştirakı ilə yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat sektorunda sahibkarlar, davamlı inkişaf layihələrinin həyata keçirilməsi üçün təhsil müəssisələrinin biznes və hökumətlə qarşılıqlı əlaqəsi, yaşıl maliyyələşmə və digər mövzularda müzakirələr aparılıb.
Bu tədbirlər, professor Zahid Məmmədovun yaşıl iqtisadiyyat sahəsində elmi-tədqiqatların təşkili və inkişafına verdiyi töhfələri nümayiş etdirir.
Səmərəli elmi-ictimai fəaliyyəti
Professor Zahid Məmmədov təkcə akademik və elmi sahədə deyil, eyni zamanda fəal ictimai fəaliyyətləri ilə Azərbaycan cəmiyyətinin sosial-iqtisadi inkişafına töhfələr verib. İqtisadi məsələlər üzrə ekspert kimi televiziya, qəzet və onlayn platformalarda çıxışlar edir. Bankçılıq, maliyyə və iqtisadi təhlükəsizlik sahəsində çıxış və mühasibələri geniş ictimai müzakirələrə yol açıb. Özəl sektor üçün məsləhətçi və ekspert qismində fəaliyyət göstərib. O gənc iqtisadçılar və tələbələr üçün maarifləndirici seminarlar və mentorluq proqramlarında, müxtəlif beynəlxalq konfrans və forumlarda Azərbaycan iqtisadiyyatı ilə bağlı çıxışlar edib.
Zahid Məmmədov beynəlxalq nüfüzlü professional təşkilatların, o cümlədən «Ассоциация научных редакторов и издателей (АНРИ)», “Вольное экономическое общество России” beynəlxalq komitənin üzvü, Rusiya professorlar iclasının, Azərbaycan Respublikası Auditorlar Palatası, Azərbaycan İqtisadşılar ittifaqının üzvü kimi də fəaliyyət göstərir.
Professor Zahid Məmmədov Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində müxtəlif istiqamətlərdə fəaliyyət göstərib. Beynəlxalq konfranslardakı çıxışlarında professor Z.Məmmədov Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaşı, TAP, TANAP və Bakı-Tbilisi-Qars kimi layihələrin bu əməkdaşlığın nümunəsi olduğunu qeyd edib. Z.Məmmədov Azərbaycanın "yaşıl dünya" ilə bağlı geniş tarixi irsinin olduğunu və bu irsin kitablarda əksini tapmasının vacibliyini vurğulayır.O, Azərbaycanın ekoloji layihələrdə fəal iştirakını və "yaşıl universitet" kimi təşəbbüslərin əhəmiyyətini qeyd edir.
Alimin Rusiya, Türkiyə, Belarus ilə İqtisadi Əməkdaşlıq sahəsində çoxlu sayda analilitik məqalələri nəşr olunub. O, Belarus prezidenti yanında Belarus Strateji Analitik İnstitutunda “Azərbaycan-Belarus ilə İqtisadi Əməkdaşlıq” mövzusunda ekspert olaraq çıxış edib. İstanbuda Türkiyənin Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin (SETA) təşkilatçılığı ilə Türkiyə-Azərbaycan əlaqələrinə dair konfransda moderator və baş məruzəçi statusunda iştirak edib.
Bu fəaliyyətlər professor Zahid Məmmədovun Azərbaycanın beynəlxalq əməkdaşlığının inkişafına verdiyi töhfələri əks etdirir.
Professor Zahid Məmmədov "yaşıl dünya" və ekoloji təşəbbüslər sahəsində Azərbaycanın zəngin tarixi irsini vurğulayıb və bu istiqamətdə bir sıra təkliflər irəli sürüb. O, Azərbaycanda "yaşıl universitet" yaradılmasının vacibliyini vurğulayır. O, bu universitetin yaradılmasının kadr çatışmazlığını aradan qaldıracağını və cəmiyyətə "yaşıl mədəniyyət"i aşılayacağını qeyd edir. Dünya ölkələrinin universitetlərində "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı addımlar atıldığını qeyd edən professor, Azərbaycanda da uyğun ixtisaslar üzrə kadr hazırlığının vacibliyini vurğulayır. O, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsisçiliyi ilə "Yaşıl Universitet" və ona uyğun ixtisaslar üzrə kadrların hazırlığı işinə başlanılmasını təklif edir. Bu təşəbbüslər Azərbaycanın ekoloji sahədə inkişafına və "Yaşıl Dünya" ideyalarının cəmiyyətdə yayılmasına mühüm töhfə verə bilər.
Elmi və akademik ekspertiza
Professor Zahid Məmmədov iqtisadiyyat, bankçılıq və maliyyə sahələrində dərin bilik və təcrübəyə malik ekspert kimi fəaliyyət göstərib. Onun dövlət siyasəti, maliyyə sektoru, beynəlxalq iqtisadi əlaqələr və elmi tədqiqatlar sahəsində verdiyi töhfələr ölkənin iqtisadi inkişafına və elmi biliklərin formalaşmasına, o cümlədən - Dissertasiya və elmi tədqiqat işlərinin ekspertizasını, elmi jurnalların redaksiya heyətində yer alaraq iqtisadi və maliyyə sahəsində elmi məqalələrin keyfiyyətinin artırılmasına, maliyyə və iqtisadi təhlükəsizlik sahəsində elmi monoqrafiyalar yazaraq iqtisadi ekspertiza sahəsində biliklərin inkişafına töhfələr verib. Z.Məmmədov iqtisadi məsələlər üzrə televiziya və media çıxışları etmiş, iqtisadiyyat və bankçılıq sahəsində maarifləndirmə işləri aparmış, maliyyə bazarları, bank sektoru və makroiqtisadi məsələlər üzrə analitik yazılar və ekspert rəyləri hazırlamış və iqtisadiyyat, investisiya və maliyyə riskləri ilə bağlı müxtəlif qəzet və jurnallarda çıxışlar etmişdir. Zahid Məmmədovun dünyanın ən nüfüzlü media qurumu olan TRT World-də ekspert çıxışları da öz əksini tapır.
Alim əməyinin mükafatı
Z.Məmmədov 2010-cu ildə Sankt-Peterburq İdarəetmə və İqtisadiyyat Akademiyasının I dərəcəli “Şərəf” ordeni ilə təltif edilib. 2011-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Fəxri Fərman”ı ilə mükafatlandırılıb. 2015-ci ildə "Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 2024 ci ildə təhsilin inkişafına yönələn kreativ təkliflərə görə "Firidun bəy Köçərli" adına mükafata layiq görülüb.
Professor Zahid Məmmədovun ictimai fəaliyyəti onun iqtisadi elmin cəmiyyətə inteqrasiyasını təşviq etməsi, elmi bilikləri geniş auditoriyaya çatdırması və Azərbaycan iqtisadi siyasətinin inkişafına töhfə verməsi ilə seçilir. O, həm akademik, həm də ictimai sahədə nüfuzlu şəxsiyyətlərdən biri hesab olunur.
Pedaqoji fəaliyyəti dövründə bir sıra ölkələrdən olan iqtisadçı alim həmkarları ilə çoxsaylı elmi konfrans və simpoziumlarda iştirak edən, bir sıra hallarda isə bu tədbirlərin təşəbbüskarı kimi çıxış edən Zahid müəllimin ünvanına bu günlərdə 80 illik yubileyi ilə bağlı həmkarlardan dost təbrikləri gəlir. Onların arasında Türkiyə Respublikası Baş nazirinin müavini professor Nazim Ekren, Sankt- Peterburq Dövlət İqtisad Universitetinin rektoru professor İ.A.Maksimstsev, Rusiya Federal Maliyyə Universitetinin ordinar professoru professor Vladimir Avdiyski, Professor Cemal Zehir, Beynəlxalq Liderlik, Texnologiya, Yenilik və İdarəetmə Konfransının sədri professor Cemal Zehir, adıçəkilən konfransın həmsədri professor Lüftihak Alpkan da var.
Biz də professor Zahid Məmmədovu “Elm günü” və qarşıdan gələn 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ölkəmizdə elmin inkişafı sahəsindəki fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayırıq.