Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Məktəblərdə film nümayişi” layihəsi çərçivəsində növbəti tədbir paytaxtdakı 2 nömrəli internat evində təşkil edilib.
Martın 23-də balaca tamaşaçılar Firəngiz Qurbanovanın “Qarabağ nağılı” və “Nuş olsun” animasiya filmlərinə baxıblar. Nümayiş AKİ-nin əməkdaşı Tofiq Amatayev tərəfindən təşkil edilib.
AKİ-nin film nümayişləri üzrə meneceri Ülviyyə Əhmədova uşaqlarla nağıllar, animasiya filmləri haqqında söhbət aparıb.
Uşaqlara bayram sovqatları paylanıb.
AKİ-dən bildirilib ki, azyaşlı tamaşaçılarda kinoya marağı artırmaq məqsədilə bu qəbildən tədbirlər davam etdiriləcək.