Logo

Nigar Arpadarai: COP29 ərəfəsində Yaşıl SAF kimi bir festivalın keçirilməsi dönüş nöqtəsidir

24.10.2024 13:04 55 baxış
IMG

“COP29 sədrliyi olaraq 14 təşəbbüs irəli sürmüşük. Onların arasında təhsillə bağlı təşəbbüs xüsusi yer tutur. Bu, “İqlim dayanıqlılığı üçün insan inkişafı üzrə Bakı təşəbbüsü”dür”.

TƏHSİL.BİZ xəbər verir ki, bunu COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu, millət vəkili Nigar Arpadarai "Yaşıl SAF24" festivalının açılışında çıxışı zamanı deyib. 

O bildirib ki, bu təşəbbüs çərçivəsində bir neçə sahəni bir araya gətirərək sektorlararası əlaqələndirməni qlobal səviyyədə gücləndirmək nəzərdə tutulur. Təhsil, səhiyyə, yeni iş yerlərinin yaradılması, xüsusən də yaşıl iş yerləri və balıq təsərrüfatı kimi sahələri birləşdirərək qlobal strateji əməkdaşlığı təmin etmək niyyətindəyik: “COP29 ərəfəsində belə bir festivalın keçirilməsi dönüş nöqtəsidir. İqlim dəyişikliyi ilə mübarizədən danışarkən yeni texnologiyalardan bəhs etməliyik. Biz mütləq yeni həll yolları ilə çıxış etməli və bu prosesdə iştirak edən gənclərimizi dəstəkləməliyik”.

O əlavə edib ki, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat fənlərinin inteqrasiya olunmuş şəkildə tədris edilməsi ideyasına əsaslanan SAF2024 festivalı və STEAM təhsil metodu iqlim dəyişikliyinə daha həssas gənclər yetişdirmək üçün böyük bir fürsətdir.

Xəbər lenti