Logo

SDU-da Keyfiyyət təminatı və strategiya şöbəsi ilə akademik və inzibati heyət arasında növbəti görüş keçirilib

18.10.2024 11:53 26 baxış
IMG

Oktyabrın 17-də Sumqayıt Dövlət Universitetində (SDU) Keyfiyyət təminatı və strategiya şöbəsi ilə İqtisadiyyat və idarəetmə fakültəsinin akademik və inzibati heyəti arasında görüş keçirilib. 

Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, “Keyfiyyət mədəniyyətinin formalaşdırılması və bu prosesdə akademik və inzibati heyətin rolu” mövzusunda keçirilən bu görüşdə əvvəlcə Keyfiyyət təminatı və strategiya şöbəsinin müdiri Gülnar Cəfərova iştirakçılara rəhbərlik etdiyi şöbənin ümumi fəaliyyəti barədə məlumat verib. Şöbə müdiri universitetin daxili keyfiyyət mədəniyyətinin formalaşdırılmasında akademik və inzibati heyətin mühüm rol oynadığını qeyd etməklə yanaşı həmçinin, sorğularda obyektiv iştirakın əhəmiyyətini vurğulayıb. 

Görüşdə təhsilverənlərin və təhsilalanların iştirakı ilə həyata keçirilmiş müxtəlif sorğu nəticələrinin müzakirəsinə yer verilib. Bundan əlavə, akademik və inzibati heyətin qarşılaşdığı problemlər dinlənildi və həll yolları qarşılıqlı müzakirə edilib.

Xəbər lenti