Logo

BDU-da “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib

15.10.2024 13:28 66 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsi və Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə “QİÇS-ə qarşı bir addım” adlı tədbir keçirilib.

Əvvəlcə Mərkəzin həkim-infeksionisti Emiliya Şahbazova QİÇS/İİV infeksiyası ilə mübarizə sahəsində ölkədə həyata keçirilən tədbirlər haqqında məlumat verib, tələbələri xəstəliyə yoluxma yolları barədə məlumatlandırıb. O, narkomaniya və digər zərərli vərdişlərlə mübarizədə daha səmərəli nəticələrə nail olmaq, gəncləri həmin sosial bəladan qorumaq, onlarda sağlam həyat tərzinə marağı artırmaq üçün maarifləndirmə işlərini diqqət mərkəzində saxlamağın, milli-mənəvi dəyərlərin təbliğinə xüsusi fikir verməyin vacibliyini vurğulayıb. Tələbələrə xəstəliyin profilaktikası, müayinə və müalicə metodlarını izah edib.

Sonra isə tələbələrə QİÇS-lə bağlı broşur və bukletlər paylanılıb. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin əməkdaşları tərəfindən ödənişsiz müayinələr keçirilib.

Xəbər lenti