Logo

Elnur Nəsibov: “Gənc Qızların Təhsilinə Dəstək” layihəsində benefisiar sayı 315 nəfərə çatdırılacaq

14.10.2024 17:19 127 baxış
IMG

“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində onlar təkcə təqaüd deyil, həm də təcrübə və təlim proqramlarından yararlanmaq imkanı qazanır. Həyata keçirilən proqramlarda iştirak edən qızlardan bir neçəsi artıq işlə təmin edilib. Ümumilikdə 4 belə proqram həyata keçirilib. Proqramlarda iştirak edənlərdən 5 nəfər şəhid xanımıdır".

Bunu “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində təşkil olunan  növbəti tədbirdə Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov çıxışı zamanı deyib.

O bildirib ki, “Gənc Qızların Təhsilinə Dəstək” layihəsində benefisiar sayı 315 nəfərə çatdırılacaq. Layihə çərçivəsində "Parla" təqaüd və inkişaf proqramı həyata keçirilib ki, bu proqrama 1800-ə yaxın müraciət olub. "Zərif mühəndislər təqaüd proqramına isə 215 qız cəlb edilib:

“Digər uğurlu layihələrimiz isə "Maya Hacıyeva adına İKT bacarıqları" təqaüd proqramı və “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” olub. Cari ildə ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan aztəminatlı ailələrdən olan 131 tələbə qıza təqaüd verilib”.

Elnur Nəsibov xatırladıb ki, 2024-2025-ci tədris ili üçün mövcud təqaüd proqramlarına qeydiyyat davam edir. Son müraciət tarixi 20 oktyabrdır. 2024-cü il ərzində indiyədək olan müraciət sayı 816 nəfər olub.


 

Xəbər lenti