Logo

BDU-nun SABAH qruplarının 4 tələbə və məzunu 2-ci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

15.10.2024 17:57 62 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının “Riyaziyyat müəllimliyi”, “Hüquqşünaslıq” və “Coğrafiya müəllimliyi” ixtisaslarının məzunları Əminə Abbasova, Ziyvər Sədiyeva, Nəzrin Manafova və “Riyaziyyat müəllimliyi” ixtisası üzrə IV kurs tələbəsi Nərminə Qəhirmanova 2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısıdırlar.

Proqramın ikinci mərhələsində 37 nəfər müəssisələrdə təcrübə keçmək imkanı qazanıb. Üç ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və onun tabe qurumlarının müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.

Proqramın məqsədi tələbə və məzunlara təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitində tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaqdır.

 

Xəbər lenti