Logo

BDU və Ege Universiteti mübadilə protokolu imzalayıb

15.10.2024 16:49 54 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Türkiyənin Ege Universiteti arasında “Orhun” mübadilə protokolu imzalanıb.

 Sənədi BDU-nun rektoru Elçin Babayev və Ege Universitetinin rektoru İlkin Şengün imzalayıblar. Protokol çərçivəsində tələbələrin, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Qeyd edək ki, 1955-ci ildən fəaliyyət göstərən Ege Universitetində 19 fakültə var. Ege Universiteti “QS World University Rankings”də 1001-1200, “QS WUR Ranking By Subject” 251-300, “Times Higher Education” reytinqində isə 1201-1500-cü pillədə yer alır.

Xəbər lenti