Logo

Varşava İqtisadiyyat Universitetində Qərbi Azərbaycanla bağlı sərgi açılıb

15.10.2024 14:22 61 baxış
IMG

Oktyabrın 14-də Polşanın nüfuzlu ali təhsil ocaqlarından olan Varşava İqtisadiyyat Universitetində Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərginin açılışı olub.

Bu barədə  Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, Qərbi Azərbaycan mədəni irsi ilə bağlı Avropada ilk dəfə keçirilən sərginin açılışında Varşava İqtisadiyyat Universitetinin rektoru Piotr Vaxoviak rəhbəri olduğu ali məktəbdə belə bir sərginin keçirilməsindən məmnun olduğunu bildirib.

Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək dünyanın ən qədim sivilizasiya mərkəzlərindən biri kimi ölkəmizin minilliklər ərzində ərazisində yaradılmış zəngin mədəni irsə malik olduğunu bildirib. O qeyd edib ki, İrəvan xanlığı təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynayıb. Bu Azərbaycan dövləti XIX əsrin əvvəllərində ərazisinin regionun böyük dövlətləri arasında qanlı müharibələr teatrına çevrildiyi zaman öz müstəqilliyi uğrunda yadelli işğalçılara qarşı qəhrəmanlıqla mübarizə aparıb.

Xəbər lenti